Özet: Amerika konqresinin dış işlər komisyonu Mart ayının 5ində 1915 ilinin ərəfələrində köçmək zorunda qalan Erməni dəstələrinin həlak olmasını soyqırım kimi tanımış oldu. Bu olayın geniş alanda geo-politik sonucları olacağına inanaraq, özəlliklə Türkiyə və Ermənistan arasında yaradılacaq ilişkilərin necə etkilənməsini düşünmək gərəkdir. Bəlkə belə anlaşılır ki Türkiyə və Ermənistan arasında 1993 tarixindən bəri heç bir ilişiki yaşanmamış amma gerçək budur ki yaşanmış, davam etmiş və 10 oktyabr 2009 tarixində iki ölkə arasında iş birliyi protokolları Sürix(Zurich, Switzerland) kəndində imzalanmış. Giriş: Türkiyə-Ermənistan ilişkiləri o zaman ən yüksək səviyyəyə çatdı ki Abdullah Gül 2008 Fevral ayında prezident seçilən Serz Sarkisianı seçkilərdə qalib gəlməsini təbrik etdi.(Sarikisianin qalib gəlməsi elan edildikdən sonra Mart ayının 1-ində İrəvanda qanlı aksiyalar baş tutdu və ən azından 8 nəfər həlak oldu. İqtidarda olan prezident koçaryan 7 günlük komendant saatı ilan etdi. Çoxları yaxalandı, həbs edildi məhkəmələr onlar üçün quruldu və bu durum indiyədək davam edir. Qısaca demək olar ki İranın 2009 prezident seçkilərinə bağlı olan olaylar yaşandı). Qazaxıstanın baş kəndinin 10-üncü il dönümünü qutlamaq üçün 6 iyun 2008 tarixində Abdullah Gül və Serz Sarkisian ilk dəfə olaraq Astana kəndində görüşdülər. 2008 Avqust ayından Rusiyanın Gürcüstana saldırısı nədənilə Ermənistanın al-ver alanı qısaldıqda Türkiyə Ermənistana izin verir ki onun hava alanını qullansın. 6 sentyabr 2008 tarixində Abdullah Gül iki ölkənin milli takımları arasında keçirilən futbol yarışını izləmək üçün İrəvana gedir. İrəvanda üz üzə gələn prezidentlərin görüşü 6 saat sürür. Həmin Yarış üçün Ermənistan Türkiyə futbol sevənlərinin İrəvana getməsini sağlamağa görə Viza rejimini qaldırmışdı. 26 Sentyabr 2008 tarixində Ermənistan Türkiyənin EBRD(European Bank of Reconstruction and Development)-yə üzv olmasını daha veto etməyəcəyini bildirdi. Sovet birliyi çökərkən Türkiyə 16 Dekabr 1991 tarixində Ermənistanın İstiqlalını tanıdı və beləliklə Amerikandan sonra birinci dövlət oldu ki Ermənistan ölkəsini tanıdı və Moskvada olan elçisi Volkan Vural ki öncədən Erməni Kilsəsi ilə ilişik qurmuşdu, diplomatik bir görüş üçün Ermənistana gedir. Bunun ardından Türkiyə Kars-Gyumri arasında olan dəmir yolunu açır və Ermənistana ehtiyac olan elektrikin çoxunu isə verməyə razılaşır. 1992 tarixində Türkiyənin təşəbbüsü ilə Ermənistan BSEC(Black Sea Economic Cooperation) qurucularından biri olur.(Azərbaycan isə BSEC-nin qurucularındandır). 2001 ilində Ermənistan İstanbulda BSEC ilə ilgilənməsi üçün özəl elçilik açmış və bu tarixdən etibarən iki ölkə adamları bir birlərinin baş kəndlərinə get-gəldə olmuşlar və görüşlər aparırlar. 1993 tarixində Türkiyə Ermənistana gedən dəmir yolunu bağlayır ki Erməni ordusunun Qarabağa olan girişini əngəlləsin. Bunun ardından Mart ayında Türkiyə bildirir ki onun hava alanını qullanıb Ermənistana gedən uçaqlar yoxlanacaq ki o ölkəyə silah daşınılmanın qarşısını alsın. 1995 tarixində Türkiyə İrəvan-İstanbul hava yolunu açır ancaq çox keçmir ki bağlanır. İndilik pasportu olan 40`000 Erməni qeyri qanuni şəkildə İstanbulda işə məşğuldurlar. 1998 tarixində Robert Koçaryan prezident olduqdan sonra və onun qondarma Erməni Soyqırımı iddialarını dünya icmasına tanıtdırmaq istədiyini və bu yöndə həyata keçirəcək siyasətləri bəlli olduqda(Erməni diasporası bu kampaniyadan torpaq almaq peşindədir lakin Prezident Koçaryan daha çox nəfər başına para almağa razılaşmada bulundu. Ara Toranian, ASALA terror qrupunun keçən sözçüsü isə belə bir düşüncədədir) Türkiyə bütün Ermənistana gedən uçaqlar üçün öz hava yollarını bağlayır. AKP yönteminden etibarən ad çəkdiyimiz bu embarqolar öz rəngini itirməyə başlayır və Türkiyə Ahmed Davudoğlunun istədiyi kimi öz qonşuları ilə daha dərin iş birliyi aparmaq siyasəti peşində olur(Öz dediklərinə görə). 2003 iyun tarixindən etibarən 6 görüş sıra ilə o zaman ki dış işlər bakanları arasında baş tutur(Abdullah Gül və Vardan Oskanian). Vyana(Vienna) kəndində diplomatlar yenidən iki ölkə arasında inam yaratmaq amacı ilə görüşür. Həmin görüşlər sonucunda oldu ki Van gölündə yerləşən bir Erməni kilsə yenilib və muzeya olur. 2009 Yanvar tarixində Davos-da keçirilən Dünya İqtisadi Forumun ərəfəsində baş bakan Ərdoğan və prezident Sarkisian görüşürlər. BSEC-nin yaratdığı ortam isə bu iki ölkənin diplomatlarının görüşməsini sağlamaqda yardımçı olmaqda. Sınav Azərbaycanlı Çərşənbə axşamı, 9 Mart 2010 |
Tuesday, March 9, 2010
Türkiyä - Ermänistan İlişkiläri
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment