Al-Qaidənin Ərəb-Yarımasına(Qısaca olaraq bunu AQAP kimi yazacağam. AQAP = Al-Qaida in Arabian Peninsula = Al-Qaida Ərəb-Yarımasında) gəlməsi Amerikanın Əfqanıstana 2001-inci il saldırısından sonra baş tutdu, yer aldı və bölgəyə yayılmaya başladı. AQAP üyələrini etnik baxımdan üç yerə bölmək olar: Yəmənli 56%, Səudiyyəli 37% və digər etniklərdən isə 7%. Bu Yəmənlilər Yəmən ölkəsinin içində üç bölgəni bir birinə bağlayan bir üçbucağın içində yer alan tayfalardan olublar. Həmin üçbucaq ki ölçüsü Yəmənin yarı ölçüsü qədər olar; Küzey bucağında Hadramawt, Güney bucağı Abyan və o birsi bucaq isə San'a kəndinə qədər gedir. AQAP-nin bu bölgədə bacarıqlı olması və özünü yerləşdirib üyə qazanmasının ən önəmli səbəbləri həmin bölgənin çeşidli tayfalardan bol olması, tayfa sayaqlarının köklənməsi və mərkəzi dövlətin iqtidarının hüzursuz olmasıdır. AQAP-də olan yəmənlilər özünü isə iki qrupa bölmək olar: Güneyli və Güzeyli. Güneyli Yəmənlilər Salafi-Jihadi hərəkatına girişməkdə öncüllərdən olmuşlar. Bunun nədəni isə Yəmənin güney bölgəsində siyasi olayların mahiyyəti, Sərt siyasi savaşların yerli olması və keçən Marksist dövlətin apardığı basqılardır. Bu Güneylilər Səudi Ərəbistana köçüb İslami oxullarda Şəriəti öyrənib və ilk olaraq Sələfliyə ideologiyası(Vaxt bulursam İslamda Siyasi dücüncələrin necə inkişaf tapmasınıda yazacağam) ilə tanış oldular və öz Ana yurdlarına geri dönüb onları zorla qaçqın salanlardan intiqam almağın peşində olmuşlar. Bunlara əlavə olar İxvan-ul-Muslimin* partiyasının fikirlərinin bu bölgədə gücsüz olması bir yandan, başqa bir yandan isə Osama-Bin-Ladini qəhrəman və qurtarıcı birey kimi görmələri səbəb oldu ki güneylilər Al-Qaidəyə sarı çəkilsinlər. Səudi Ərəbistanın güney bölgəsində tayfa sayaqlarının yerli olması isə Al-Qaidəyə macal vermiş ki orada başqa bölgələrdən daha çox yayğın olsunlar. Belə ki Səudiyyəli üyələrin 50%-i Güney Səudiyyəli olmuş; 9/11 olaylarını yaradan 15 bireydən 7si həmin bölgədən olmuşdu. * الاخوان المسلمون Qaynaq: An Assessment of the Anatomy of Al-Qaeda in Yemen: Ideological and Social factors By Murad Batal al-Shishani Sinav Azərbaycanlı Cümə axşamı, 11 Mart 2010 |
Saturday, March 13, 2010
Qısaca Al-Qaidänin Yämän vä Äräb-Yarımasında Örgütlänmäsi haqqında
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment