Özet: Demokratiyaya sarı gedən dünyamızda NGO-ların(Non-Governmental Organization = Qeyri Hökuməti Təşkilat) və "Sivil Toplum"-ların(Civil Society) ortaya çıxmasını görürük. Bu təşkilatların amacı çox basit ancaq önəmlidir niyə ki onlar toplumun hər qatından olan bireyin istəyini dövlət başçılarına çatdırmaq sonucunda dövlətin siyasəti toplumun istədiyi yöndə formalaşmaya başlar. Sivil Toplum nə deməkdir? Philippe Schmitter-ə görə Sivil Toplumun dörd özəlliyi var: 1- Dövlət iqtidarından və özəl kurumlardan müstəqillik, 2- Öz üstünlüklərini qurumaq üçün və inkişaf etdirmək üçün analiz etmək və vaxtı ilə hərəkətə keçmək bacarığını daşımaq, 3- Dövlət adamlarını və ya özəl kurumları dəyişdirmək və dövlətçilik amacını daşımamaq, 4- Var olan Sivil(mədəni) ortamın çərçivəsində çalışmaq. John Keane isə Sivil Toplumu belə izah edir: Sivil Toplum qanuni şəkildə qoruna bilən, dinc çalışmada olan, öz-örgütlü, özünü əks etdirən, və daima bir birləri ilə və ya hökumət ilə gərginlikdə olan kapsamlı və dinamik bir yığıntını yaradan qeyri hökuməti institutlardan ibarətdir ki dövlət hər zaman onların çalışmasına izin verər və ya əngəllər və istər ki onları "qanunu pozmaq" damğası ilə suçlasın. Larry Diamond isə Sivil Toplumdan belə bir izah verir: Toplumsal həyatın təşkilatlanmış alanı ki gönüllü, özü özünü yaradan, (çoxluluqla)özü özünü finans edən, dövlətdən müstəqil olan, qanuna uyan və müştərək amacları daşıya bilən. Bu izahlarda gələn özəlliklərə əlavə olaraq Putnam-dan isə buna əlavə etmək yararlı olar: "Hərəkatı təşkilatlandırmaq və işbirliyini müştərək üstünlüklər uğurunda qolaylaşdırmaq" Sivil Toplum nə edər? Sivil Toplum vətəndaşların istəklərini yığıb dövlət başçılarına çatdırar və istəklərin yerinə yetirilmədiyi halda toplumun bir qismini hərəkətə keçirər və beləliklə vətəndaşların dövlətə üzərində zor yaratmağını sağlayar. Aydındır ki Sivil Toplumların var olması dövlət adamlarını sorumlu tutulmağına yol açar və diktatorluğa sarı çöküşün qarşısını alar. Sivil Toplum nə DEYİL? Baohui Zhang-ın toplumsal hərəkətlərə olan izahınadan belə anlamaq olar ki Sivil Toplum hərəkatı ilə ilgisi olmayan hərəkatların təşkilat əsasları olmaz, analiz bacarıqları yoxdur, fikirsiz qərar almaqları olar və daha aydın olan özəllikləri budur ki dövlət siyasətinə qarşı durmalarında milləti xiyabanlara çəkərlər. Bu sayaq toplumsal hərəkətlərin daşıdığı anlayış budur ki "Qalib gələn hər nəyə sahib olar" və beləliklə nə iqtidar və nə öz rəqibləri ilə yola gedə bilməzlər. Budur ki səbəb olar iqtidarın dəyişilməsində gələcək hökumətdə özlərinə yer qazana bilməsinlər və iş üstə gələn iqtidar üçün hər zaman əngəl olsunlar. Bu tip hərəkatlar bəzən sivil şəkildən çıxmaqla heç toplumun səsini çatdırmaqda isə görünmürlər və demokratiyanın yaranmasına isə yardımçı olmurlar. Demokratiyanı qorumaq üçün gərək demokratiyanın ayaq almasına yardımçı olmaq, toplumsal təşkilatın heç bir siyasi birey və ya fraksiyonu əks etdirməmək, gərəkdir. O qruplar ki yabançı dövlətlər ilə finans olmaq üçün bir birləri ilə boğuşurlar, siyasi bireylər və fraksiyonların sözçüsü olurlar və dövlətçilik amacını daşıyırlar, heç zaman Sivil Toplum tanınmazlar bəlkə Siyasi Toplum tanınarlar. Sonuc: Güney Azərbaycan Milli Hərəkatı baxımından belə anlaşılır ki Sivil Toplumlar bizim üçün heçdə yeniliyi yoxdur. İllər boyu sürən zorakılıq və basqı nədəni ilə Güney Azərbaycanda Sivil Toplumlar gizli şəkildə yaranmışlar və həyatlarına davam edirlər. Bizim Sivil Toplumlar müstəqil olmuşlar, öz analizlərini bir birinin ardından filter olan sitələrdə paylaşmışlar, dövlətçilik amacını İran adlanan yerdə daşımamışlar, çalışmışlar ki var olan qanun çərçivəsində öz həyatlarına və çalışmalarına davam versinlər, hər zaman dinc hərəkata əl vurmuşlar, öz-örgütlü və Azərbaycanın üstünlüklərini qorumaq üçün özlərinin hankı məqamdan çıxış etdiklərini bildirmişlər, heç zaman bir birləri ilə boğuşmaqda olmamışlar və hər zaman Azərbaycan uğrunda əl bir olmuşlar(Söz Güney Azərbaycandan gedir, Diasporadan yox). Bizim Sivil Toplumlar Azərbaycan Millətçiliyi anlayışında olmaqla heç bir siyasi fraksiyon və ya bireyin danıştayı olmamışlar ancaq Azərbaycan xalqının danıştayı olmuşlar. Güney Azərbaycan Sivil Toplumunun basqılara rəğmən nə qədər gözəl inkişaf tapmasını onun "Yaşıl" adlanan hərəkata qatılmamasında görmək olar niyə ki onun analiz bacarığı, müstəqilliyi, öz-örgütlüyü və öz-üsullu olması aydınlıqla isbat oldu. Başqa bir yandan isə həmin ölən "Yaşıl" hərəkatın nə qədər çox Sivil Toplum düşüncəsindən boş olduğu ortaya çıxmış oldu. Bu gün yeri var ki bizim Sivil Toplumlar demokratiya inanclarını keçmişdən daha aydın göstərməklə, ortamı anlamaqla və dözümlü olmaqla Asemilə olanlarıda özlərinə sarı çəkməyi bacarsınlar. Güney Azərbaycanda toplumun hər qatının sözünü əks etdirən, yeni fikirlərlə çıxış edə bilən, vaxtında necə qərar almasını yaxşı bilən və yuxarıda gələn bütün faktorları gözə ala bilən güclü və böyük bir Sivil Toplum aynı bir gizli parlament ola bilər və Güney Azərbaycanın gələcəyinə işıqlar saça bilər. Buna əlavə olaraq Sivil Toplumların nə olduğunu yaxşı öyrənməklə düşmənin yaratdığı GONGO-ları(Governmental NGO = Hökuməti NGO-ları) qolayca tanımaq olacaq. Qaynaq: Civil Society in the Caucasus: Myth and Reality - By Jonathan Wheatley, Zurich |
Friday, March 5, 2010
Sivil Toplum
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment