Tuesday, June 16, 2009

Açıqlama

Dəyərli arxadaşlar,

İranda yaranan rüsvayçılığın ardından baş tutmuş olan yığıntılara biz millətçilərin  qatılmağı sadəcə rejimin iqtidarını sındırmaq amacı ilə baş tutmuşdur. Buna inanıram ki bu yığıntılara qatılmaq davamlı ancaq Mir-Hüseyn-Musəvi üçün yox bəlkə diktatorlarla savaşmaq kimi olmalıdır. Buna sevinirəm ki 2şənbə günün olayları millətçilərimizdə belə bir anlayışın olmasını göstərmiş oldu. Burada iki önəmli konuya qatılmaq istəyirəm.

.

1- Sayın yığıncaqlara qatılanlar, bunu anlamaq gərəkdir ki təşkilatlanmış psixopatic(=psychopathic) canavarlarla qarşı-qarşıya dayanırıq bu yığıntılarda və canımız ciddi bir təhlükədə olur. Buna inanmaq aydın bir anlamda o da budur ki öz canımızı o durumda qorumaq üçün gərək əlimizdə olan bütün silahlardan təşkilatlanmış bir şəkildə istifadə edək. Orada saldıran heyvanın canını almaq amacı ilə savaşmaq gərəkdir niyə ki bizim canımızı almaq üçün oraya gətirilmişlər.

Mir-Hüseyn-Musəvi bu yığıntılara sadəcə bir bəhanədir. Onun və ya hər kimsənin ortaya atdığı dinc-yürüyüş bizim gənclərimizi aldatmamalıdır niyə ki dinc yürüyüş yalnız o zaman baş tuta bilər ki polisin millətə saldırmaq amacı olmasın bəlkə yürüyüşü dinc saxlamaq amacı onda olsun ki bunu indiyədək bu İran adlanan ölkənin polisidən görməmişik. Yenidən təkrarlayıram, Saldıran hər kimsənin qarşısında təşkilatlı bir şəkildə dayanmaq və onu susdurmaq gərəkdir. Bu isə daş, dəyənək və əldə olan hər nə ilə həyata keçirilməlidir lakin bu təhlükəli oyunu başlayan biz olmamalıyıq.

.

2- Dövlətin becərtdiyi və `Bəsici` adlandırdığı köpəklər bu olayların əvəzini çıxarmaq üçün xalqımızı incitməyə başlayıblar. Eşitdiyim xəbərə görə çoxlu qız-oğlan ki birlikdə dolanmaqda olmuşlar yaxalanıb və döyülməyin ardından polisə verilmişlər. Əgər bu xəbər doğru olursa (ki Tehranda Bilyirdların yataqxanalarına və təbriz bilyurduna bu gün(3şənbə)  olan basqılar belə bir olayların baş tutduğunu heçdə olmaz göstərmir), demək bizim üçün önəmli bir öhdəçilik var. Oda budur ki bütün bu `Bəsiciləri` susdurmalıyıq. Polisdən başqa heç kimsənin haqqı yoxdur bir nəfərə bir söz desin*. Asla bu tip olaylardan çəkinməyin və xiyavanda haray salın. Başımıza gələn bütün bu bəlaların səbəbi qorxmaqdır. Mədəni bir şəkildə mudaxilə edib və hər olayın baş tutmasında gərək özümüzü hər necə olursa olsun, qoruyaq.

.* İran adlanan ölkədə Polis yəni bütün əskik insanların seçilmişi. Bu gün Təbrizdə Polisinin hər tip cinayət və təcavüzünün şahidi olmuşuq. Hər halda Polis isə `Bəsic`  sırasında sayılır amma öz əlimizi açıq saxlamaq üçün zorakılıq olan qaydalara dözməliyik.


No comments:

Post a Comment